Baku TV-nin “Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramda müəllif və aparıcı Arzu Kəlbi Nərmin və Murtuza Əliyevlər cütlüyünün evində olub.
Murtuzaya olan sevgisindən bəhs edən Nərmin onunla necə tanış olmalarından danışıb:
“Bir-birimizi baldızımın “Son zəng”ində gördük, tanış olduq. Mənə sevgisini etiraf edərək fikrində ciddi olduğunu söylədi. Bundan sonra sevgili olduq. Yaxşı xasiyyəti var, onu çox sevirəm, qayğısına qalıram. Ən çox da Murtuzanın qısqanclığı xoşuma gəlir”.
Nərminin sözlərinə görə, ailələr arasında anlaşılmazlıq yarandığı üçün atası onları ayırmağa çalışıb:
“Atamgil məni Murtuzadan ayırmaq üçün Bakıya apardı. Orada 10 gün ac qaldım, amma ondan soyumadım. Telefonumu da əlimdən almışdılar, Murtuza ilə danışa bilmirdik. Evdə mənə təzyiq edirdilər ki, Murtuzadan ayrılım. “Səni başqasına verəcəyik” deyirdilər. Sosial şəbəkələrdə haqqımızda yanlış sözlər yazanlara buradan deyirəm ki, Murtuza ilə var-dövləti üçün yox, xasiyyətinə, özünə görə evlənmişəm”.
Murtuza yaşanan anlaşılmazlıqdan sonra Nərmini ailəsindən xəbərsiz qaçırdığını söyləyib:
“Bizi ayırmaq üçün çox çalışdılar, amma alınmadı. Nərmini qaçıranda ailəmin xəbəri yox idi. Onu dostumun dayısıgilə apardım. 2-3 günün ardından Nərminin valideyni gəlib xeyir-dua verdi. Daha sonra toyumuzu etdik”.
Ətraflı süjetdə:
