Myanma ərazisində 5 maqnitudalı zəlzələ qeydə alınıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Meythila şəhərindən 33 km şimal-şərqdə, zəlzələ ocağı isə 35 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.