İran Prezidenti: Ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul eləmirlər

0 13

XARİCİ SİYASƏT

27 aprel 2025 23:57

İran Prezidenti: Ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul eləmirlər

İran Prezidenti: Ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul eləmirlər

Bütün ölkələrdə bəziləri danışmamalı olduqları sözləri danışır və çərçivələri sındırır, pozurlar. Bizim ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul eləmirlər.

“Report” xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra iki ölkə arasında yaranan münasibətlərə dair sualı cavablandırarkən deyib.

“Biz – siyasi və ictimai elita çalışmalıyıq ki, bəzilərinin düşünülməmiş hərəkətləri yuxarılara təsir etməsin. Uşaqlıq illərimizdə bir-birimizlə dalaşar, sonra barışardıq. Ancaq böyükləri işə cəlb eləyəndə onlar küsülü qalırdı”, – İran Prezidenti qeyd edib.

Məsud Pezeşkian Azərbaycan vətəndaşlarına arzularını çatdırıb: “Biz böyüklər uşaqların davası ilə və əlaqələrimizə xələl gətirmək istəyən bəzilərinin təsiri altına düşməməliyik. Bütün vücudumuzla Azərbaycandakı bacı-qardaşlarımızı sevir, onları özümüzdən hesab edirik. Bütün əzizlərimizə başıucalıq, izzət və müvəffəqiyyət arzu edirik”.

Leave A Reply

Your email address will not be published.