Ermənistanda xalaqın hakimiyyətdən narazılığının əsas səbəblərindən biri də dövlət büdcəsinin havaya sovrulmasıdır. Ölkədə korrupsiya hallarına dəfələrlə rast gəlinib. Hətta ən ali səviyyədə də mənimsəmələr olur.
“Report”un xəbərinə görə, bunu Ermənistanın “Pastinfo” nəşrinin məlumatı da sübut edir.
Materialda qeyd olunur ki, fevralın 3-də Ermənistan baş nazirinin aparatı dövlət büdcəsi hesabına ümumilikdə 4 milyon 475 min dram dəyərində 65 ədəd gül kompozisiyası, həmçinin 600 000 dram dəyərində 3 000 ədəd gül alıb.
Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə fevralın 1-də təxminən Vaşinqtona bir həftəlik səfər edib.
Həmin günlərdə xarici işlər naziri Ararat Mirzoyan və “Mülki Müqavilə” Partiyasının deputatı Arsen Torosyan da ABŞ-də olublar. Həmin günlərdə ölkədə dövlət əhəmiyyətli tədbirlər və ya xarici qonaqlar olmayıb.
Fevralın 1-də A.Akopyan doğum gününü qeyd edib. Onun Vaşinqtona səfəri də bu tarixə təsadüf edib.