Zəfər günümüzün beşinci ildönümündə sizinlə birlikdə olmaqdan şadam.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.
“Sizə Türkiyədəki qardaşlarınızın salamını, 86 milyonun təbrikini gətirdim. Türk dünyasındakı qardaşlarımız da bu gün bizimlə eyni coşqunu yaşayır”, – deyə o əlavə edib.
Türkiyə Prezidenti həmçinin bildirib ki, bu gün birlikdə 30 illik işğala son qoyan möhtəşəm Zəfərin beşinci ildönümünü qeyd edirlər:
“Bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm. Qarabağın azad edilməsi təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Bu qələbə ortaq tariximizə qızıl hərflərlə yazılıb. Bu gün Azərbaycan əsgəri Türkiyədən gələn hərbçilərlə çiyin-çiyinə, yan-yanadır. Əsəgərlərimizə baxanda “Bir millət, iki dövlət!” şüarının nə demək olduğunu anlayırıq”.