Ərdoğan: İlham Əliyevin sülhlə bağlı addımları təqdirəlayiqdir, Paşinyanın cəsur addımlarını da izləyirik
Vətən müharibəsi Asiya və Avropadakı geosiyasi balansı dəyişdirdi.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib.
O bəyan edib ki, Türkiyə bu zəfəri son olaraq deyil, Qafqazda barışa gedən yolun əvvəli olaraq görür:
“Biz davamlı sülhə son dərəcə ümidvarıq. İlham Əliyevin bu sahədə atdığı addımlar təqdirəlayiqdir. Ermənistan Baş naziri Nikol Paşinyanın bu istiqamətdə atdığı cəsur addımları da izləyirik”.