Ərdoğan: BTQ dəmir yolunun faydalı şəkildə istifadəsi üçün Azərbaycanla bərabər addımlar atılacaq

0 51

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin ən faydalı şəkildə istifadəsi üçün Azərbaycanla bərabər irəli addımlar atılacaq.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib.

Türkiyə lideri qeyd edib ki, ölkəsi Cənubi Qafqaz regionunda təsis ediləcək yeni marşrutların, daşıma və enerji ötürmə imkanlarının artırılmasını arzulayır:

“Hava limanlarının, yolların, körpülərin, tunellərin, evlərin inşasını yerində gördük. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nələri bacara biləcəyinə yaxından şahidlik etdim. Qarabağ möhtəşəm gözəlliyi ilə yenidən bölgənin parlayan ulduzu olacaq. Biz də Azərbaycana lazımi bütün dəstəyi verəcəyik. Can Azərbaycanla ikili əməkdaşlıqla yanaşı, Türk dövlətləri səviyyəsində birliyimizi gücləndiririk”.

Leave A Reply

Your email address will not be published.