Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı

0 65

Çin hərbçiləri Avropa İttifaqının (Aİ) “Aspides” əməliyyatı zamanı Almaniya təyyarəsinə lazer tuşlayıblar.

Oxu.Az bu barədə “İzvestiya” “Telegram” kanalına istinadən xəbər verir.

Bu insidenti Almaniya Xarici İşlər Nazirliyi (XİN) də təsdiqləyib. Nazirlik bildirib ki, hadisə Almaniya personalının təhlükəsizliyini təhdid edib.

Qeyd olunur ki, Çin səfiri bu hadisə ilə bağlı Almaniya XİN-ə çağırılıb.

Xatırladaq ki, “Aspides” əməliyyatı Aİ-nin Qırmızı dənizdə və digər sularda təhlükəsizliyin təmin edilməsinə yönəlmiş dəniz müdafiə əməliyyatıdır.

Leave A Reply

Your email address will not be published.