Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası Əfqanıstanda insan hüquqlarının pozulması iddiaları ilə bağlı sübutların toplanması üçün təhqiqata başlamaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Qeyd olunur ki, sözügedən qətnamə layihəsi Avropa İttifaqı (Aİ) tərəfindən təklif olunub. O, Əfqanıstanda müstəqil araşdırma aparılmasını tələb edir.
Sentyabrda BMT-nin Əfqanıstandakı missiyası “Taliban”ı bütün ölkə ərazisində internetə çıxışı bərpa etməyə çağırıb. Təşkilat bəyan edib ki, internet məhdudiyyətləri fikir azadlığını və məlumat hüququnu daha da sarsıdır. Ölkədə internet xidməti 48 saata yaxın fasilədən sonra bərpa edilib.
Bundan əvvəl Əfqanıstan hökuməti qadınların yazdığı kitabları ölkə universitetlərinin tədris proqramından çıxarıb və insan haqları və cinsi qısnama mövzuları da daxil olmaqla 18 fənnin tədrisini qadağan edib.