Bloomberg: Trampla münaqişə Maska 34 milyard dollara başa gəlib

0 29

ABŞ Prezidenti Donald Trampla münaqişə amerikalı sahibkar İlon Maska bir gün ərzində 34 milyard dollara başa gəlib.

“Report” xəbər verir ki, bu, “Bloomberg” agentliyinin “Milyarderlər indeksi”nin (Bloomberg Billionaire Index) yenilənmiş məlumatlarından bəlli olur.

Biznesmen dünyanın ən varlı insanları siyahısında birinci yeri tutmağa davam edir, lakin onun sərvəti 33,9 milyard dollar azalaraq 334,5 milyard dollara çatıb.

Bir gün əvvəl bu göstərici 368,4 milyard dollar idi. 2025-ci ilin əvvəlindən sahibkar 97,9 milyard dollar itirib.

Qeyd edək ki, Tramp və yaxın vaxtlara qədər ABŞ hökumətinin işinin səmərəliliyinin artırılması üzrə qurumun (DOGE) rəhbəri vəzifəsini tutan Mask arasında açıq münaqişə baş verib.

Leave A Reply

Your email address will not be published.