Baş prokuror: “Rusiyada azərbaycanlılara qarşı zor tətbiqi və işgəncə faktları xüsusi araşdırılır”

0 53

“Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Azərbaycanın Baş Prokurorluğu ilə yanaşı, Rusiya Baş Prokurorluğunda da araşdırma aparılır”.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Rusiyada azərbaycanlılara münasibətdə zor tətbiq edilməsi və işgəncə verilməsi faktları ilə əlaqədar xüsusi istintaq aparılır:

“Əməliyyat tədbirləri zamanı azərbaycanlılara qarşı əsaslı güc tətbiq edilməsi və işgəncə verilməsi faktları ilə bağlı Rusiya ilə əməkdaşlıq edirik. Bu istintaqın da qanuni və məntiqli nəticəsinin olacağına inanıram”.

Leave A Reply

Your email address will not be published.