Fatehler.az / Xəbərdə dəqiqlik, sözdə məsuliyyət

Header
collapse
...
Home / Siyasət / Azərbaycan səfiri etimadnaməsini Belçikalıların Kralına təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Belçikalıların Kralına təqdim edib

Oct 24, 2026  Lisa Anderson  3 views

Səfirlikdən Fatehler.az-a verilən məlumata görə, etimadnamənin təqdim olunmasından sonra keçirilən görüşdə Azərbaycan-Belçika münasibətlərinin inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun gücləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr, regional bağlantıların gücləndirilməsi və nəqliyyat dəhlizlərinin inkişafında rolu, habelə regional vəziyyət də diqqət mərkəzində olub.

M.Əhmədzadə bölgədə davamlı sülhün və sabitliyin bərqərar olunması istiqamətində Azərbaycanın səyləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumat verib.


Share:

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Your experience on this site will be improved by allowing cookies Cookie Policy