Azərbaycan və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə edib

0 4

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında bildirilib.

Görüş IV Antalya Diplomatiya Forumu (ADF2025) çərçivəsində baş tutub.

Görüş zamanı nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi-ticarət, humanitar və təhsil aspektlərini müzakirə ediblər.

Tərəflər həmçinin regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

fatehler.az

Leave A Reply

Your email address will not be published.