Zelenski və Vens arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-nin vitse-prezidenti Cey Di Vens telefon danışığı zamanı Vaşinqtonun təklif etdiyi sülh planı üzərində aparılacaq sonrakı iş barədə razılığa gəliblər.

Oxu.Az bildirir ki, bu barədə məlumatı Ukrayna lideri “X” sosial şəbəkə hesabında paylaşıb.

Zelenski qeyd edib ki, Venslə bir saat davam edən söhbətdə, həmçinin ABŞ-nin Quru Qoşunları komandanı Daniel Driskoll da iştirak edib: “Biz ABŞ-nin müharibəni bitirmək üzrə təklifinin bir çox detallarını müzakirə etməyə vaxt tapdıq və sonrakı yolu dayanıqlı sülhü əldə etmək üçün ləyaqətli və həqiqətən səmərəli şəkildə qət etməyə çalışırıq. ABŞ və Avropa ilə birlikdə məsləhətçilər səviyyəsində işləyəcəyik ki, sülhə gedən yol həqiqətən işlək olsun”.

19:52

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ rəhbərliyi ilə Vaşinqtonin Rusiya-Ukrayna münaqişəsininin tənzimlənməsi üzrə sülh planını müzakirə edəcək.

Oxu.Az bildirir ki, bu barədə “Axios” nərşinin müxbiri Barak Ravid “X” sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, bu informasiyanı iki məlumatlı mənbə təsdiqləyib.

Jurnalist qeyd edib ki, Zelenskinin cümə günü ABŞ vitse-prezidenti Cey Di Vens ilə danışacağı və Aö Ev tərəfindən təklif olunan sülh planını müzakirə edəcəyi gözlənilir.

Comments (0)
Add Comment