Yekaterinburqda həmyerlilərimizə qarşı cinayətlə bağlı Azərbaycanda da araşdırma gedir – Baş prokuror

Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlə bağlı Azərbaycan Respublikası Prokurorluğunda da araşdırma aparılır.

Lent.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev mətbuata açıqlamasında deyib.

O bildirib ki, bu faktlar – zor tətbiq edilməsi, işgəncə verilməsi ilə bağlı ayrıca olaraq Rusiyada da istintaq aparılır: “Bu işin də məntiqli nəticəsi olacağına inanıram”.

Comments (0)
Add Comment