Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
Oxu.az xəbər verir ki, 77 kiloqram çəkidə mübarizə aparan Ülvi Qənizadə təsəlliverici görüşdə tacikistanlı Habibjon Zuhurovu 5:3 hesabı ilə məğlub edərək bürünc medal uğrunda həlledici görüşə vəsiqə qazanıb.
Ülvi Qənizadə növbəti mərhələdə özbəkistanlı Abdullo Aliyevlə qarşılaşacaq.
60 kiloqram çəkidə mübarizə aparan Nihat Məmmədli də bürünc medal üçün iranlı rəqibi Ali Vafa ilə güləşəcək.
87 kiloqram çəkidə mübarizə aparan İslam Abbasov isə bürünc medal üçün qırğızıstanlı rəqibi Asan Janişov mübarizə aparacaq.