“Sədərək” ticarət mərkəzində GÜCLÜ YANĞIN: Üç təcili yardım briqadası göndərilib

Bu gün saat 11 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən Oxu.Az-a bildirilib ki, çağırış əsasında ilkin olaraq üç təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, anbarda baş vermiş yanğın “Sədərək” ticarət mərkəzindən 150 metr aralıda yerləşir.

 

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki yanğınla mübarizə tədbirlərini davam etdirirlər.

Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, fövqəladə hallar nazirinin müavini, general-mayor Adil Abdullayev hazırda hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 

 

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də, qüvvələr tərəfindən ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Əlavə məlumat veriləcək.

 

 

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb ediliblər.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

 

Comments (0)
Add Comment