Partlayış baş verən plazanın sahibi: “Yeni salınan yola görə binaya yeraltı qaz sızıb”

“Hesab edirlər ki, hadisə qaz sızmasından baş verib. Amma bu binada qaz yoxdur”.

BAKU.WS xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında AFEN plazanın sahibi Əbülfət Əliyev deyib.

Plaza sahibi iddia edib ki, binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Bunun nəticəsində binaya yeraltı qaz sızıb.

Comments (0)
Add Comment