Lənkəranda toyda vəziyyəti pisləşən 49 yaşlı kişi xəstəxanada vəfat edib

Lənkəranda toyda vəziyyəti pisləşən 49 yaşlı kişi xəstəxanada vəfat edib.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonu, Qarayar kənd sakini, 1976-cı il təvəllüdlü Səyyad Qılınc oğlu Yaqubov Lənkəranda bacısı qızının toyunda olarkən özünü pis hiss edib.

O, yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Həkimlər ona kardiak-arrest (ürəkdayanma) diaqnozu qoyublar və zəruri ilkin tibbi xidmətlər göstəriblər. Buna baxmayaraq, S.Yaqubovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Comments (0)
Add Comment