DİGƏR ÖLKƏLƏR
28 aprel 2025 0:27
KİV: Hindistan Pahalqam hücumundan sonra Pakistandakı terrorçulara zərbələr endirə bilər
Hindistan Pahalqam hücumu ilə əlaqədar Pakistan daxilində şübhəli bilinən terrorçulara zərbələr endirməyi nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə “Indian Express” qəzeti Hindistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
“Hərbi zərbə olacaq və biz buna hazırıq. Zərbənin xarakterini müzakirə edirik. 2019-cu ildən silahlarımızı modernləşdirmək üçün bir sıra tədbirlər gördük. Bizim ərazimizdən terrorçulara hücum etmək imkanımız var”, – mənbə yazır.
Xatırladaq ki, aprelin 22-də Hindistanın Cammu və Kəşmir nəzarət xəttində atışma baş verib, nəticədə 26 turist həlak olub, daha iyirmiyə yaxın insan yaralanıb. Hindistan hadisəni terror hücumu kimi qiymətləndirib və Pakistanı günahlandırıb.