İranda limanda baş vermiş partlayış nəticəsində ölən və yaralananların sayı artıb
İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında baş verən partlayışlar nəticəsində ölən və yaralananların sayı artıb.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Hörmüzqan vilayətinin Fövqəladə Hallar İdarəsi məlumat paylaşıb.
Bildirilir ki, indiyə olan məlumata əsasən, ölənlərin sayı 18 nəfərə çatıb. Bundan başqa, yaralananların sayı 800 nəfəri keçib.