“Növbəti ilin dövlət büdcəsində sosialyönlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1.4% çox olmaqla 17 milyard 146 milyon manat təşkil edir”.
Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, sosialyönlü xərclərin dövlət büdcəsində xüsusi çəkisinin 41.1% olması nəzərdə tutulur ki, bu da son 7 ildə müvafiq istiqamətdə ayrılan vəsaitin həcminin 2.2 dəfə artımı deməkdir (7.8 mlrd. manatdan 17.1 mlrd. manata):
“Bununla yanaşı, 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu göstərici 2025-ci ilin proqnoz edilən göstəricisindən 121.2 milyon manat və ya 2.6% çoxdur. Bu da son 7 ildə bu istiqamətdə ayrılan vəsaitin həcminin 2.1 dəfə 2.3 milyard manatdan 4.9 milyard manata artması deməkdir”.
Mərahim Nəsib