Britaniyalılar hücum təhlükəsi və elektrik enerjisi ilə bağlı mümkün problemlər səbəbindən 72 saata sağ qalmaq üçün lazımi əşyalardan ibarət dəst hazırlamalıdırlar.
Oxu.Az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti təhlükəsizlik ekspertlərinə istinadla yazır.
Bildirilir ki, dəstə su, korlanmayan məhsullar, dərmanlar, batareya ilə işləyən radioqəbuledici, fənər, şəxsiyyəti təsdiqləyən sənədlər və İsveçrə hərbi bıçağı daxildir.
Nəşrin məlumatına görə, Rusiya ölkədə elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi ilə bağlı diversiya əməliyyatları planlaşdırır.