Bakıda yataqxanada yanğın olub, üç nəfər tüstüdən zəhərlənib

Avqustun 25-i saat 15 radələrində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən yaşayış binasında yanğın hadisəsi baş verməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (2 qadın, 1 kişi) stresə qarşı kəskin reaksiya diaqnozu ilə yerində yardım göstərilib.

18:36

Bakının Nərimanov rayonunda yataqxanada yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində, ümumi sahəsi 18 kvadratmetr olan birotaqlı mənzildə ev əşyaları 5 kvadratmetr sahədə yanıb. Yanğın zamanı üç nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments (0)
Add Comment