Bakıda Azərbaycan və İran arasında ortaq layihələr müzakirə edilir

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevlə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi arasında geniş tərkibdə görüş keçirilir.

APA xəbər verir ki, görüşdə ikitərəfli nəqliyyat, gömrük, su, energetika, neft-qaz və ticarət sahələrində ortaq layihələrin cari vəziyyəti müzakirə ediləcək.

fatehler.az

Comments (0)
Add Comment