Azərbaycan və Oman arasında diplomatik pasport sahibləri üçün viza tələbləri LƏĞV EDİLİR

Azərbaycan və Oman arasında diplomatik, xüsusi və xidməti pasport sahibləri vizadan azad olunacaqlar.

Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin dekabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə ediləcək.

Məlik Məlikov

Comments (0)
Add Comment