Azərbaycan cüdoçuları Meksikadakı Qran-prinin ilk günündə 3 medal qazanıblar

Azərbaycan cüdoçuları Meksikanın Qvadalxara şəhərində təşkil olunan Qran-prinin ilk günündə 3 medal qazanıblar.

“Report” xəbər verir ki, Balabəy Ağayev (60 kq) finalda Braziliya təmsilçisi Miçel Auqustuya ipponla qalib gələrək qızıl medala yiyələnib.

Ruslan Paşayev (66 kq) finalda Lukas Sahanı (Finlandiya) üstələyərək çempion olub. Əhməd Yusifov (60 kq) isə üçüncü yer uğrunda görüşdə fransalı Enzo Janı məğlub edib.

Yaşar Nəcəfov 1/16 finalda Kipr təmsilçisi Georgios Balayişviliyə (Kipr) uduzub.

Qeyd edək ki, yarışda Azərbaycan ümumilikdə 7 çəki dərəcəsində 11 idmançı ilə təmsil olunur. Turnirə 33 ölkədən 231 cüdoçu (142 kişi, 89 qadın) qatılıb.

Comments (0)
Add Comment