Amerika şirkəti “Versace”ni məşhur İtaliya moda evinə satıb

İtaliyanın məşhur moda evi “Prada” Amerikanın “Capri Holdings” şirkətindən “Versace”nin alınması prosesinin uğurla başa çatdığını bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Prada Group” rəsmi məlumat yayıb.

Məlumata görə, təxminən 1,4 milyard dollar dəyərində olan əməliyyat üçün bütün lazımi tənzimləyici təsdiqlər alınıb.

“Capri Holdings”in premium geyim və aksesuarlar istehsalçısını satmaq niyyəti 2025-ci ilin yanvarından başlayıb.

Amerika holdinqi 2018-ci ildə “Prada”ya 2 milyard dollar ödəyib, lakin lüks mallar bazarının zəifləməsi fonunda əhəmiyyətli nəticələr əldə edə bilməyib. Buna görə də aktivin satışı ilə bağlı qərar qəbul edilib. İlin əvvəlində holdinq məsləhətçiləri işə götürüb və bir neçə potensial alıcı, o cümlədən “Prada” moda evi ilə danışıqlara başlanılıb.

İlkin hesablamalara görə, “Versace”nin “Prada”nın gəlirindəki payı təxminən 13 faiz təşkil edəcək. 2024-cü ilin yekunlarına görə, “Prada”nın gəlirləri əvvəlki ilə nisbətən 17 faiz artaraq 5,4 milyard avroya çatıb.

Comments (0)
Add Comment