Berlində yaşayış binasında yanğın baş verib, yaralananlar var

Almaniyanın paytaxtı Berlində çoxmənzilli binada yanğın baş verib, nəticədə 16 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Berlin Yanğınsöndürmə Xidməti məlumat yayıb.

“[Berlinin Kroytsberq rayonunda] beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində mənzil yanıb. Ümumilikdə 15 nəfər yüngül, 1 nəfər isə ağır xəsarət alıb», – qurumun rəsmi saytında bildirilib.

Hadisə yerinə təxminən 70 yanğınsöndürən cəlb edilib, onlar alovu söndürərək sakinlərin təxliyəsinə kömək ediblər. Yaralılardan dördü xəstəxanaya yerləşdirilib. Yanğının səbəbi hələ müəyyən edilməyib.





Source link

Comments (0)
Add Comment