Ukraynanın Çerkasski vilayətində itkin düşən gənc oğlanın meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Korsun-Şevçenkivski şəhərində baş verib.
2024-cü ilin noyabrında bir qadın polislə zəng edərək, 28 yaşlı nəvəsinin mağazaya getdikdən sonra yoxa çıxdığını bildirib.
Əməliyyatçılar, müstəntiqlər və analitiklər hərtərəfli axtarışa başlayıblar.
Axtarış zamanı onun yerli sakinin bağında basdırılmış meyiti aşkar edilib. Mütəxəssislər meyitdə şiddətli ölümlə uyğun gələn xəsarətlər tapıblar.
Polis maddi sübutlar toplayıb və işdə mühüm məqamlar aşkar edib. Əvvəllər məhkum olunmuş 33 yaşlı Korsun-Şevçenkovski sakini şübhəli bilinərək saxlanılıb.