“Sahil Güvənlik” serialındakı rolu ilə tanınan və David Hasselhoffun keçmiş həyat yoldaşı olan Pamela Bax 62 yaşında dünyasını dəyişib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Los-Anceles Tibbi Ekspertizası Baxın intihar etdiyini açıqlayıb.
Pamela Bx və David Hasselhoff-un model olan qızı Hayley, anasından xəbər ala bilmədikdə narahat olaraq evinə gedib və onun cansız bədənini tapıb.
Qeyd edək ki, Pamela Bax Türkiyədə “Yalan Rüzgarı” adı ilə tanınan “The Young and the Restless” serialında da rol alıb. 1991-2000-ci illər arasında isə “Sahil Güvənlik” serialında Kaye Morqan obrazını canlandırıb.