Sankt-Peterburqda polis maşınının iştirakı ilə baş verən qəzada bir nəfər ölüb

Rusiyanın Sankt-Peterburq şəhərində biri polis maşını olmaqla üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

«Bu gün saat 08:41-də baş vermiş qəza nəticəsində xəsarət alanlar var», — mətbuat xidməti bildirib.

Hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.

Qəzanın təfərrüatları araşdırılır. Sankt-Peterburq Prokurorluğunun “Telegram” kanalında qeyd olunduğu kimi, hüquq-mühafizə orqanları tərəfindən yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan prosessual yoxlamanın gedişatı və nəticələri nəzarətdə saxlanılır.

Comments (0)
Add Comment