Oyunun 2-ci və 3-cü periodlarında yaxşı mübarizə apardıq.
«Report» xəbər verir ki, bunu «Gəncə»nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının XI turunda «Lənkəran»la görüşdən (79:66) sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis çatışmazlıqları aradan qaldırmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:
“Oyunun 2-ci və 3-cü periodlarında yaxşı mübarizə apardıq. Rotasiya edib oynadıq. Rəqibimizi oyuna görə təbrik edirəm. Bu matç bizim üçün göstərici ola bilməz. Sondan əvvəlki dövrənin ilk görüşü idi. Qarşıda daha 9 oyun var. Çatışmazlıqları aradan qaldırıb mübarizəni ən yaxşı şəkildə sürdürmək üçün əlimizdən gələni edəcəyik».