Serenay Sarıkaya prokurorluqdan ağlayaraq çıxdı — YENİLƏNİB


Aktrisa Serenay Sarıkaya prokurorluqda 30 dəqiqə ifadə verib.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, sənətçi daha sonra prokurorluğun binası qarşısında jurnalistlərin suallarını kövrələrək cavablandırıb.

O, jurnalistin «Sizin etibarınızı alçaltmaq istəyirlər?» sualına «Bu yerə dişimlə dırnağımla gəlmişəm. Mənim etibarımı alçaltmağa çalışırlar. Problem deyil. İfadəmi verdim və gedirəm», deyə cavab verib.

***

12:11

Türkiyəli aktrisa Serenay Sarıkaya ifadə verməsi üçün prokurorluğa gedib.

Lent.az yerli mediaya istinadla bildirir ki, aktrisa dünən menecer Ayşe Barımın işi üzrə şahid qismində ifadə verməsi üçün prokurorluğa çağırılıb.

***

14 yanvar, saat: 13:02

Məşhur türkiyəli aktrisa Serenay Sarıkaya prokurorluqda dindirilməyə çağırılıb.

Lent.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Məlumata görə, aktrisa bir çox məşhurların meneceri olan «ID Consulting Company» şirkətinin rəhbəri Ayşe Barım barəsində aparılan istintaq işi çərçivəsində dindirilməyə çağırılıb.



Source link

Comments (0)
Add Comment