Türkiyə millisinin və İngiltərə Premyer Liqa təmsilçisi «Bornmut»un futbolçusu Enes Ünal zədələnərək mövsümü erkən başa vurub.
«Report» «Relevo»ya istinadən xəbər verir ki, onun məşq zamanı çarpaz bağları qopub.
Daha əvvəl «qırmızı-qaralar»ın braziliyaılı futbolçusu Evanilsonun ayağı sınmışdı.
Qeyd edək ki, «Bornmut» Premyer Liqada 33 xalla 7-ci sırada yer alıb.