Avropanın Türkiyədəki ən böyük mağarasını ötən il rekord sayda insan ziyarət edib

Avropanın Türkiyədəki ən böyük mağarası Altınbeşiyi 2024-cü ildə 200 min nəfər ziyarət edib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu göstərici 2004-cü ildə 130 min nəfər olub.

Məlumata görə, ziyarətçi sayındakı rekord ilbəil yenilənir.

Böyük Britaniya, Polşa və Rusiyadan olan turislər dəniz səviyyəsindən 450 metr hündürlükdə yerləşən mağaraya daha çox maraq göstərirlər.

Xatırladaq ki, mağaranı 1966-cı ildə professor Timuçin Aygen kəşf edib. 1994-cü ildə sakinlər və turistlər üçün istifadəyə verilib.





Source link

Comments (0)
Add Comment