Azərbaycan millisinin və «Neftçi»nin futbolçusu Emin Mahmudov zədəsini sağaldıb.
Bu barədə «Report»a 32 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
O, «Neftçi» ilə birlikdə məşqlərə başlayacağını deyib:
«Bildiyiniz kimi sabahdan komanda təlim-məşq toplanışına başlayır. Zədəm sağalıb, hazıram. Kollektivə tam qoşulmaq üçün bir-iki gün lazım olacaq».
Qeyd edək ki, E.Mahmudov Azərbaycan yığmasının noyabrın 16-da Estoniyaya qarşı keçirdiyi UEFA Millətlər Liqası matçından əvvəl zədələnmişdi. «Neftçi» Misli Premyer Liqasının XIX turunda «Sabah»la üz-üzə gələcək. Görüş yanvarın 19-da, «Neftçi Arena»da, saat 18:30-da start götürəcək. Paytaxt təmsilçisi hazırda turnir cədvəlində 17 xalla səkkizinci pillədə qərarlaşıb.