Sergen Yalçın yenidən «Beşiktaş»ın baş məşqçisi olacaq

Sergen Yalçın yenidən Türkiyənin «Beşiktaş» komandasının baş məşqçisi olacaq.

«Report» xəbər verir ki, bu barədə yerli «Sözcü» nəşri məlumat yayıb.

«Ağ-qaralar»ın yeni prezidenti seçilən Serdar Adalı 52 yaşlı mütəxəssislə anlaşıb. S.Yalçınla 3,5 illik müqavilənin imzalanacağı gözlənilir. O, bu postda niderlandlı Covanni van Bronkhorstu əvəzləyəcək.

Qeyd edək ki, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək «Beşiktaş»ın baş məşqçisi olan Sergen Yalçın komanda ilə Türkiyə Superliqasını və ölkə kubokunu qazanıb.





Source link

Comments (0)
Add Comment