Təyyarə qəzasında xəsarət alan 9 nəfər ambulator müalicə üçün evə yazılıb


Azərbaycan təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən 5 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir.

Bu barədə «Report»un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.

Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti orta ağırdır.

Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənaətbəxş olaraq qiymətləndirilir.

Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir.





Source link

Comments (0)
Add Comment