“3 ildir yuxuya həsrətəm, gecələr yata bilmirəm. Yatmayan adam necə olar? İşləmirəm, işsizlik də insanı xəstə salır”
Bu fikirləri Lent.az-a Xalq artisti Ənvər Həsənov söyləyib.
“O vaxt avtomobillə qəzaya düşdüm. Başım partladı. Damarımı düz tikmədilər. Elə o vaxtdan bu haldayam. Xəstəyəm, özümə gələ bilmirəm. Oturmuşam Şüvəlanda, bağ evimdə. İstəyirəm sağalam, bacarmıram”, — o əlavə edib.