«Araz-Naxçıvan» futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.
«Report»un məlumatına görə, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv 1/8 final mərhələsində «Mingəçevir»lə üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Premyer Liqa klubunda qolları 5-ci dəqiqədə Ülvi İsgəndərov, 21-ci dəqiqədə Bernardo Dias, 66-cı dəqiqədə Sezar Meza Kolli vurublar.
«Mingəçevir»in heyətində 80-ci dəqiqədə Elmin Bayramov fərqlənib.
Komanda növbəti raundda «Zirə» — «Şamaxı» matçının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl «Səbail» 1/4 finala yüksəlib. Günün son oyununda «Sabah» və «Turan Tovuz» klubları münasibətlərə aydınlıq gətirəcək. 1/8 final mərhələsinə dekabrın 4-də yekun vurulacaq.