Kişini oğurlayıb meşədə öldürdülər

Rusiyanın Moskva vilayətində meşədən kişi meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Domodedovo şəhər rayonunda baş verib.

Məlumata görə, mərhum, 30 yaşlı paytaxt sakini oktyabrın 31-də Moskva vilayətinin Çexov şəhər rayonunda oğurlanıb. Onu bir müddət meşədə gəzdiriblər, sonra döyüb öldürüblər.

Mərhumun meyiti 4 gün əvvəl aşkarlanıb və faktla bağlı cinayət işi açılıb.



Source link

Comments (0)
Add Comment