«Haber Global»: COP29-dan gözləntilər əvvəlki COP-lara nisbətən daha çoxdur

Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) gözləntilər əvvəlkil COP-lardan daha çoxdur.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının COP29-la bağlı hazırladığı süjetdə qeyd olunub.

Bildirilib ki, COP29-un əsas mövzusu maliyyə məsələləri ilə bağlıdır: “Ümumiyyətlə, COP29-un üç müxtəlif ana mövzusu var: biomüxtəliflik, quraqlıq və maliyyə. Maliyyə məsələləri ilə bağlı Bakıda ciddi müzakirələr gedir”.

Həmçinin, qeyd edilib ki, bu gün gündəlikdə qida, su və kənd təsərrüfatı məsələləri var: “İqlim dəyişikliklərinə adaptasiya məsələsi də gündəmdədir. Bu adaptasiya növlərindən biri də iqlim təhsilidir. Bundan başqa, enerji sahəsində də konfransların keçirilməsi gündəmdədir. Ümumiyyətlə, bu gün 10-a yaxın simpoziumun baş tutması nəzərdə tutulub. Yəni konfranslar təkcə ikitərəfli görüşlərlə məhdudlaşmır”.

Comments (0)
Add Comment