Yalçın Rəfiyev: Kiçik ada dövlətləri bizim dəstəyimizə tam arxalana bilər

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev kiçik ada dövlətlərinin göstəriləcək dəstəyə tam şəkildə arxalana biləcəyini bəyan edib.

“Report” xəbər verir ki, noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxış edən Y.Rəfiyevin sözlərinə görə, COP29 komandası çalışmalıdır ki, fondun fəaliyyəti başlasın:

“Növbəti 10 illik ərzində qarşımızda böyük məsuliyyət dayanır. 1.5 dərəcə temperaturu saxlamaq kiçik ada dövlətləri üçün çox önəmlidir. Bundan başqa görüləcək tədbirlərin tempi də çox önəmlidir. Əlimizdən gələni etməliyik ki, fondun fəaliyyətinə nail olaq”

Baş danışıqçı COP29 çərçivəsində kiçik ada dövlətlərinə dayanıqlı inkişaf məqsədlərinin icrası üçün daim dəstək olacağını vurğulayıb.

Comments (0)
Add Comment