Tanınmış qırğız yazıçı Çingiz Aytmatovun oğlu, rəssam Eldar Aytmatov Azərbaycan Prezidenti İlham Əliyevə «Çingiz Aytmatov» ordenini təqdim etməyin onun üçün böyük şərəf olduğunu bildirib.
O, “Report”un Bişkekə ezam olunmuş müxbiri ilə söhbətində bildirib ki, Azərbaycan Prezidenti qırğız yazıçının irsinə böyük diqqət yetirir:
«İlham Əliyev təkcə Azərbaycan və türk mədəniyyətinin deyil, ümumilikdə dünya mədəniyyətinin inkişafı üçün səy göstərir».
E.Aytmatov qeyd edib ki, İlham Əliyev «Çingiz Aytmatov» ordeninin ilk kavaleridir. Azərbaycan Prezidentinə ordeni təqdim etmək bizim üçün böyük şərəfdir.
Rəssam xatırladıb ki, Azərbaycan-Qırğızıstan dostluq ordeni təsis ediləndə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev onu Çingiz Aytmatova təqdim edib.