Azərbaycan ağırlıqqaldıranı Polşadakı Avropa birinciliyində üç medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü (109 kq) Polşanın Raşin şəhərində gənclər və 23 yaşadək atletlər arasında keçirilən Avropa birinciliyində 3 medal qazanıb.

«Report» Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, birdənqaldırmada 173 kq nəticə göstərərək gümüş medalını qazanıb.

Təkanlaqaldırmada 201 kq ağırlığı başı üzərinə qaldıran idmançı bu dəfə bürünc medala sahib olub.

Ə.Şükürlü toplamda da «üçlüy»ə düşməyi bacarıb. O, 374 kq (173+201) nəticə ilə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.





Source link

Comments (0)
Add Comment