Zaur İmrani: Azərbaycanda son 10-15 il ərzində yağışlar fəsillər üzrə qeyri-bərabər paylanır

Azərbaycanda son 10-15 il ərzində kəskin leysan yağışları müşahidə olunur, yağışlar fəsillər üzrə qeyri-bərabər paylanır.

Bunu «Report»a açıqlamasında Coğrafiya İnstitutunun icraçı direktoru, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani deyib.

O bildirib ki, bir çox mütəxəssislər normadan artıq yağan yağışları iqlim dəyişikliyi ilə əlaqələndirir:

«Ümumi tendensiyalarda nisbilik müşahidə edilir. Lakin yağışlar fəsillər üzrə qeyri-bərabər paylanır. Son 10-15 il ərzində kəskin leysan yağışları müşahidə olunur, bəzən normadan 3-5 dəfə artıq yağış düşür. Bu da fəsadlara səbəb ola bilir».

Z.İmrani əlavə edib ki, təbii fəlakətlərdən heç bir dövlət sığortalanmayıb, dünyanın bir çox ölkəsində belə hallar baş verir.

Comments (0)
Add Comment