Şöbə müdiri: Doktoranturada dissertasiya mövzularında bir sıra hallarda “elmi problem” olmur

Doktorantura təhsil səviyyəsində müşahidə olunan ən əsas problemlərdən biri dissertasiya mövzularında bir sıra hallarda “elmi problemin” olmaması məsələsidir.

“Report” xəbər verir ki, bu fikirləri AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri akademiyanın iclasında deyib.

Şöbə müdiri bildirib ki, buna görə də ilk dəfə builki qəbul prosesində bir təşəbbüs irəli sürülüb, AMEA prezidentinin müvafiq sərəncamı ilə dissertasiya mövzularının müəyyənləşdirilməsində nəzərə alınması tövsiyə edilən

meyarlar elmi müəssisələrə təqdim edilib.

O qeyd edib ki, bu meyarlar mövzuların elmi problemlərinin aktuallığının müvafiq elm sahələrinin ciddi nəzəri-metodoloji axtarışları və dünyanın müasir çağırışları, ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji tələbatlar ilə şərtlənməsi,

fənlərarası, multidisiplinar və transdisiplinar tədqiqatlara üstünlük verilməsi, humanitar və ictimai elmlərdə aparılan araşdırmalarda süni intellekt, rəqəmsallaşdırma və informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyi, tədqiqatların prioritetlərinin yeni milli ideyanın və “Güclü Azərbaycan Konsepsiyası”nın elmi əsaslarının hazırlanmasına yönəldilməsini və digər tələbləri əhatə edir.

S.Xavəri iclasda həmçinin doktorantura təhsilini tənzimləyən normativ-hüquqi bazada yer alan müddəaları da təqdimatla nümayiş etdirib.

Comments (0)
Add Comment