Azərbaycan IRENA Şurasının toplantısında təmsil olunub


Azərbaycan Borləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Şurasının 28-ci Toplantısında təmsil olunub.

Bu barədə “Report”a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.

IRENA Şurasının 28-ci Toplantısında ölkəmizi Dövlət Agentliyinin şöbə müdiri Fəqan Abdurəhmanov iştirak edib.

Tədbirdə Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə hədəfləri və həyata keçirilən layihələri, o cümlədən dənizdə külək və yaşıl enerji zonalarının inkişafı barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan IRENA Şurasının üzvüdür.

Comments (0)
Add Comment