Rusiya Prezidenti: BMT müasir reallıqlara uyğunlaşdırılmalıdır

Rusiya qlobal iqlim prosesində fəal iştirak etməyə çalışır.

«Report»un Kazana ezam olunan əməkdaşının məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasını açarkən deyib.

“Rusiya qlobal iqlim prosesində fəal iştirak etməyə çalışır. Onun enerji balansı dünyanın ən “yaşıl balans”larından biridir”, — Rusiya Prezidenti bildirib.

V.Putin həmçinin hesab edib ki, BMT-nin strukturu müasir reallıqlara uyğunlaşdırılmalıdır.

Əlavə edib ki, Asiya, Afrika və Latın Amerikası ölkələri BMT Təhlükəsizlik Şurasında daha çox təmsil olunmalıdır.





Source link

Comments (0)
Add Comment